Putinin nümayəndələri Kadırovla görüşdən imtina etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Putinin nümayəndələri Kadırovla görüşdən imtina etdi

Putinin nümayəndələri Kadırovla görüşdən imtina etdi


Rusiya Prezidentinin İnsan Haqları üzrə Şurasının üzvləri Çeçenistan lideri Ramzan Kadırovla planlaşdırılan görüşdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə RBK agentliyinə Şuranın üzvü Andrey Babuşkin deyib.

Onun sözlərinə görə, buna səbəb Kadırovun Şuranın üzvlərindən biri olan İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin rəhbəri İqor Kalyapinə qarşı münasibətidir:

“Çeçenistandan tranzit kimi istifadə edib, Dağıstana və İnquşetiyaya getdik. Çeçenistanda iki gün qalıb yerli sakinlərlə, iyunun 2-də isə Kadırovla görüş planlaşdırmışdıq. Lakin artıq Çeçenistandan çıxmışıq və geri qayıdırıq. Şuranın fikrini dəyişməsinə səbəb Kadırovun Kalyapinə olan münasibətidir. Kalyapin daim Kadırovu tənqid etdiyi üçün çeçen lider onun ölkəsinə gəlməsini istəməyib”.

Qeyd edək ki, Kalyapin daim Çeçenistanın hüquq mühafizə orqanlarının öz səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *