Koçaryan: Azərbaycan ordusu bizə çox problem yaşatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Koçaryan: Azərbaycan ordusu bizə çox problem yaşatdı

Koçaryan: Azərbaycan ordusu bizə çox problem yaşatdı


Azərbaycanın silahlanma üzrə üstünlüyə malik olduğu sirr deyil, amma biri var biləsən, biri də var bununla döyüş meydanında üzləşəsən.

Oxu.Az xəbər verir ki, bu barədə 2rd.am saytına verdiyi müsahibədə Ermənistanın sabiq prezidenti Robert Koçaryan Qarabağda dörd günlük müharibəni şərh edərkən bildirib.

“İroniya ondan ibarətdir ki, KTMT üzvü olan, ərazisində Rusiyanın hərbi bazası yerləşən Ermənistan rəqibinə silahın keyfiyyəti cəhətdən uduzdu. Cəmiyyətin ağrılı reaksiyası burada aydındır.

Hamı istəyirdi ki, Rusiya ilə hərbi ittifaq bu balansı qoruyub saxlamağa zəmanət versin. Digər tərəfdən isə Ermənistanın Qarabağdakı təhlükəsizliyini qoruyub saxlaya bilsin.

Bakı və Moskva arasında imzalanmış müqavilənin həyata keçirilməsinə qədər 2011-ci ilə, silahlanmanın keyfiyyətində paritet qorunurdu”, - Koçaryan deyib.

Ermənistanın sabiq prezidenti hesab edir ki, hərbi münaqişənin kəskinləşməsi Rusiya üçün əlverişli deyil, belə ki, bu, onu vasitəçi öhdəlikləri, Ermənistanın hərbi müttəfiqi və Azərbaycan ilə gələcəkdə yaxınlaşmaya can atma arasında seçim qarşında qoyur.

“Bakıya yeni hücum silahlanmasının çatdırılması tarazlığı pozaraq belə ssenarinin ehtimalını artırdı. Bu niyə baş verdi və bundan qaçmaq olardımı – sualları hələ uzun müddət mübahisə, ehtimal və müzakirələrin mövzusu olacaq.

Ermənistan müqavilənin yerinə yetirilməsini dayandırmalı idi. Bunun üçün kifayət qədər dəlillər var və çoxdur. Mənə bir şey aydındır: hakimiyyət var gücü ilə bunun qarşısını almağa çalışdı, amma bunu etmək mümkün olmadı. Buna görə də, qiymətləndirməkdən çəkinirəm”, - Koçaryan bəyan edib.

Onun sözlərinə görə, Ermənistan bir sıra hərbi sursatların alınmasına hazır deyildi.

Artıq iki ildir ki, düşmən ordusu bizə çox problemlər törədir. Çünki bütün silahlarla təchiz edilib. Ordunu gecəgörmə cihazları, rabitə vasitələri, fərdi mühafizə vasitələri ilə təchiz etmək üçün bizə nə mane olurdu? Bu boşluqları aradan qaldırmaq lazımdır və bu istiqamətdə işlər aparılır”, - o deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *