Qroysman: "Donbas Rusiya işğalından azad ediləcək"
Ukrayna təhlükəsizlik qüvvələri Krımı və Donbası işğaldan azad edəcək.
Axar.az Regnum-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Baş naziri Vladimir Qroysman çıxış edib.
Onun sözlərinə görə, bu yolda Ukrayna tək deyil və beynəlxalq birlik Kiyevə kömək edəcək:
“Bizim torpaqlarımız müvəqqəti olaraq düşmən işğalındadır. Əminəm ki, Ukrayna ordusu, sərhəd qoşunları, milli qvardiya, milli polisimiz ədaləti bərpa etmək üçün əlindən gələni edəcək”.
Mənbə:> Axar.az