Azərbaycan pilotları “Anadolu Qartalı – 2016” beynəlxalq təlimində
Türkiyənin Konya şəhərində “Anadolu Qartalı – 2016” beynəlxalq təlimi keçirilir.
Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbihava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak edir. Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunur.
Plana uyğun olaraq real müharibə şəraitinə yaxın təşkil edilən təlimdə iştirakçıların bilik və bacarıqlarının səviyyəsi yoxlanılacaq, eləcə də təcrübə mübadiləsi həyata keçiriləcək.
Təlim iyunun 10-dək davam edəcək.
Mənbə:> Oxu.Az