Əli Həsənov: Azərbaycanın hücum etmək haqqı var » AzNews.info -Xəbər portalı

Əli Həsənov: Azərbaycanın hücum etmək haqqı var – VİDEO

Əli Həsənov: Azərbaycanın hücum etmək haqqı var


Dünya azərbaycanlıları Azərbaycan xalqının ayrılmaz tərkib hissəsidir. Onlar bizim soydaşlarımızdır. Düzdür, başqa ölkələrin vətəndaşlarıdır, o ölkələrin sosial, iqtisadi həyatında bəlli rolu olan insanlardır. Onlarla bağlı arzumuz ondan ibarətdir ki, yaşadıqları ölkələrin ən dəyərli vətəndaşları olsunlar. Azərbaycanlı olaraq, Azərbaycanla yaşadıqları ölkələr arasındakı münasibətlərə pozitiv təsir göstərsinlər, müsbət impuls versinlər.

AzNews.info-nun Report-a istinadən xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTV-də “Həftə” verilişinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan dövləti eyni zamanda, həmin insanlara ölkəmizin xarici siyasətinin əsas resursları kimi yanaşır:

“Dünya azərbaycanlıları yaşadıqları ölkənin cəmiyyətlərində tanınsınlar, sayılıb-seçilsinlər. Biz onlara Azərbaycanın xarici siyasətinin resursları kimi baxırıq. İnsana resurs kimi baxılması müasir dünyanın reallıqlarından biridir. O insanlardan istifadə edərək, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdıra bilərik. Onlar bir olmalıdır, bir-birlərinin sosial hüquqlarına dayaq durmalıdırlar”.

Ə.Həsənov Prezident İlham Əliyevin “Azərbaycan diasporu müdafiə taktikasından hücum taktikasına keçməlidir” fikrinə toxunaraq qeyd edib ki, Azərbaycan haqlı olaraq hücum taktikasından istifadə edir:

“Heç vaxt haqsız olduğumuz yerdə hücum taktikasından istifadə etməmişik. Günahımız olanda da qəbul etməyi bacarırıq. Bu gün Azərbaycan haqlı mövqedədir. Ona görə də haqqı var ki, hücum etsin və anti-Azərbaycan dairələri yerində oturtsun”.


Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *