İŞİD-in maaş cədvəli ələ keçdi
Türkiyənin Qaziantep şəhərində keçirilən anti-terror əməliyyatı nəticəsində İŞİD terror təşkilatının üzvləri ələ keçirilib.
Axar.az xəbər verir ki, əməliyyat zamanı Ankara terrorunun təlimatını verən Yunus Durmaz üzərinə bagladığı bombanı partladaraq özünü öldürüb.
Araşdırma zamanı terrorçuların saxlandıqları yerdən partlayıcı maddələr, maaş cədvəlləri, təbliğat materialları aşrkarlanaraq götürülüb.
Maaş cədvəlində 23 terrorçunun kod adı yazılıb. Cədvəldə terrorçuların 120 - 690 dollar arasında maaş aldıqları qeyd olunub.
Subay terrorçulara 120, evlinin həyat yoldaşı üçün 120, hər uşağa isə 50 dollar pul verilir. Bundan başqa terrorçulara elektrik və su sərfiyyatı üçün 50 dollar, ev kirayəsi üçün isə 300 dollar ödənilir.
Mənbə:> Axar.az