Afrikada anti-terror əməliyyatı: 100 ölü
Kamerun və Nigeriya Boko Haram terror təşkilatına qarşı hərbi əməliyyat keçirib.
Axar.az xəbər verir ki, əməliyyat nəticəsində Kamerun sərhədinin 15 kilometrliyində yerləşən Kumşe qəsəbəsi azad edilib, 100-dən çox terrorçu öldürülüb.
Terrorçuların qəsəbədə yüzlərlə sakini əsir saxladığı məlum olub.
Xatırladaq ki, BMT-nin hesabatına görə, Boko Haram təşkilatı indiyə qədər 20 min insanın ölümünə, 2,8 milyon insanın evini tərk etməsinə səbəb olub.
Mənbə:> Axar.az