Britaniya: “Suriya böhranı ilə bağlı mövqeyimiz...”
Suriya konfliktinin bütün tərəflərinə atəşkəsə əməl etmələri üçün təzyiq edilməlidir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Xarici İşlər naziri Filip Hammond söyləyib. Onun sözlərinə görə, Britaniyanın Suriya böhranında mövqeyi Fars körfəzi ölkələri ilə eynidir.
Qeyd edək ki, Filip Hammond bu gün Səudiyyə Ərəbistanına səfər edib. Hammond səfəri zamanı Fars körfəzinin ərəb ölkələrinin liderləri ilə görüşəcək.
Mənbə:> Axar.az