Savçenko Ukraynanın prezidenti olmağa hazırdır
Rusiyanın təcrdixanasından azad edilmiş təyyarəçi Nadejda Savçenko ölkə vətəndaşları istədikləri halda, Ukraynanın prezidenti olmağa hazır olduğunu bildirib.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Savçenko Kiyevdə cümə günü mətbuat konfransında bildirib.
“Ukraynalılar, əgər siz mənim prezident olmağımı istəyirsinizsə, mən prezident olacam”, - Savçenko deyib.
Bununla yanaşı o, əlavə edib ki, “insanların qarabağaq üçün səs verməməyi öyrəndiklərindən əmin deyiləm”.
Mənbə:> Oxu.Az