Amerikalı general Yerevanda hərbi əməkdaşlığı müzakirə edib
Bu həftə ABŞ hərbçilərinin və diplomatlarının heyəti Ermənistana səfər edib və hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Pentaqon nümayəndəsi Piter Kuk bildirib.
Onun sözlərinə görə, heyətə ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı Ben Hoces rəhbərlik edir.
“General-leytenant Hoces və Kanzasın milli qvardiyasının nümayəndələri səfir və Dövlət Departamentinin nümayəndələri ilə birgə Ermənistan Müdafiə Nazirliyindən olan həmkarları ilə yalnız hərbçilər arasında münasibətləri deyil, eləcə də bu münasibətlərin genişləndirilməsi perspektivlərini müzakirə etmək üçün Ermənistana səfər ediblər”, - Kuk deyib.
Görüşlər bu həftənin bazar ertəsi baş tutub.
Pentaqon nümayəndəsi Qarabağ ətrafında münaqişənin müzakirə olunduğunu da istisna etməyib, amma onun sözlərinə görə, əsas mövzu Ermənistanın ABŞ və Avropa ilə “multiformatlı hərbi əməkdaşlığı” olub.
Mənbə:> Oxu.Az