Romada Rusiya casusları tutuldu
İtaliyanın paytaxtı Roma şəhərində polis rus casuslarını həbs edib.
Axar.az Regnum-a istinadən xəbər verir ki, Portuqaliyadan göndərilən sorğu nəticəsində İtaliya polisinin keçirdiyi əməliyyat nəticəsində Rusiya vətəndaşı olan portuqal və rus həbs edilib.
İtaliya polisinin yaydığı məlumata görə, onlar Lissabonun məxfi xidmətlərinin əməkdaşlarıdır və Moskvanın məxfi xidmətləri ilə birbaşa əlaqəlidirlər.
Verilən məlumata görə, şəxslər həbs edilərkən üzərlərindən külli miqdarda pul və məxfi məlumat tapılıb.
Mənbə:> Axar.az