Ermənistanda ağır xəstəliyi olan şəxslər cəbhəyə göndərilir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Ermənistanda ağır xəstəliyi olan şəxslər cəbhəyə göndərilir

Ermənistanda ağır xəstəliyi olan şəxslər cəbhəyə göndərilir


Ermənistanda işğal edilmiş Azərbaycan torpaqlarına hərbi xidmətə ağır xəstəlikləri olan şəxslər göndərilir.

Oxu.Az xəbər news.am-a istinadən xəbər verir ki, onlardan biri 10 gün əvvəl ağır yaralanmış, orduya çağırılana qədər sağlığında ciddi problemləri olan 21 yaşlı erməni əsgər Ovanes Poqosyandır.

Buna baxmayaraq o, orduya çağırılıb.

“Ovanes xroniki qastrit, dalaq genişlənməsi, cinsiyyət orqanı xəstəliklərindən əziyyət çəkir. Evdə ciddi pəhriz saxlayıb. Lakin orduya çağırılan kimi ön cəbhəyə göndərilib. Belə problemləri olan əsgər də ön cəbhəyə göndərilər?”, - əsgərin qohumları söhbət zamanı “news.am” saytına bildiriblər.

Ovanes Poqosyan xidmətə 2015-ci ilin yanvarında kiçik çavuş kimi başlayıb.

21 yaşlı Ovanes iki dəfə yaralanıb. Birinci dəfə yarası yüngül olub, ikinci dəfə isə başından yaralanıb. Hazırda komada olan əsgər iki dəfə əməliyyat edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *