Belə getsə Qarabağda erməni qalmayacaq - Erməni əsgərlər bir-birilərini qırırlar
Bir neçə gün əvvəl Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni silahlı birləşmələrinin guya odlu silahla ehtiyatsız davranarkən öldüyü bildirilən əsgəri Ovanes Arutyunyanı sən demə öz dostu qətlə yetiribmiş.
ATV.az-ın xəbərinə görə, bu barədə Nyus.am məlumat verib. Məlumata görə, aparılan araşdırma nəticəsində məlum olub ki, qətl qəsdən törədilib. Onun ürəyinə doğru bir neçə atəş açılıb.
Müstəntiqlər bildirib ki, silahla ehtiyatsız davranma zamanı yara almış şəxs özünə ikinci və üçüncü dəfə atəş aça bilməz. Artıq şübhəli şəxs qismində Ovanesin ən yaxın dostu saxlanılıb.
Mənbə:> ATV.az