Fransız müxbirdən Səmra və İvetaya təxribatçı sual
Stokholmda baş tutan “Eurovision-2016” başa çatsa, onun haqda xəbərlər hələ də yayılmaqdadır.
Fransanın “Le Petit Journal” saytı yarışmada Azərbaycan və Ermənistan təmsilçiləri haqda hazırladığı sorğunu təqdim edib.
Saytın jurnalisti Azərbaycan təmsilçisi Səmra Rəhimliyə “Bütün yarışma iştirakçılarını sevirsinizmi?” sualı ilə müraciət edib. Səmra isə “çoxunu”,- deyə cavabını verib:
- Ermənistan təmsilçisi haqda nə düşünürsüz?
- Nə haqda danışmaq istəyirsiz?
- Mahnı.
- Mahnı yaxşıdır.
- Bəs iştirakçı?
- Siz haralısız?
- Fransalı.
- Fransa? Onda bəlkə Amir haqda danışaq?!
Erməni təmsilçi İveta isə müxbirin suallarını belə cavablandırıb:
- Azərbaycan təmsilçisi haqda nə düşünürsüz?
- Lütfən, mənə belə suallar verməyin. Hamını sevirəm. Hər kəs olduğu kimi gözəldir. Bu suala cavab vermək istəmirəm. Təşəkkürlər.
- Ölkələr arasında gərginlik var...
- Xeyir, gərginlik yoxdur. Hər şey yolundadır. Bu, bir mahnı yarışmasıdır. Təşəkkür edirəm.
Mənbə:> AFN.az