Nazir: 2016-cı il dövlət büdcəsinə yenidən baxılmayacaq » AzNews.info -Xəbər portalı

Nazir: 2016-cı il dövlət büdcəsinə yenidən baxılmayacaq

Nazir: 2016-cı il dövlət büdcəsinə yenidən baxılmayacaq


2016-cı ilin dövlət büdcəsinə yenidən baxılmayacaq.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2016-cı ilin fevralında dövlət büdcəsinə düzəlişlər edilib, dövlət və icmal büdcənin gəlirlərinin hesablanması üçün neftin baza qiyməti 25 dollardan götürülüb:

“Transfertlərin həcmi isə manatla göstərilib. Buna görə də neftin qiymətinin artması və ya azalması Dövlət Neft Fondundan transfertlərə təsir etmir.

Sözsüz ki, hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan yüksək olduğundan Dövlət Neft Fondunun gəlirləri artır. Bu, müsbət haldır.

Dövlət Neft Fondunun gəlirlərinin artması bilavasitə dövlət gəlirlərinin artmasına təsir etmir. Transfertlərin həcminin artırılmasına ehtiyac görmürük. Hesab edirik ki, Dövlət Neft Fondunda valyuta ehtiyatlarının artması davam etməlidir. Çünki bu, bizim üçün vacib strateji ehtiyat mənbəyidir.

Ötən ilin təcrübəsi, valyuta bazarında təlatümlər, məzənnəyə təzyiqlər, Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin surətdə enməsi dövlət maliyyə qurumlarının daxıllarında kifayət qədər valyuta ehtiyatları toplanmasını zəruri edir. Biz bunu nəzərə alaraq, biz çox qənaətcil büdcə siyasəti həyata keçirməliyik. Son 3 il ərzində biz dövlət yığcamlaşdırılması siyasətini həyata keçirik”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *