Türkiyədə deputatların toxunulmazlığı ləğv edilə bilər

Türkiyə Parlamenti bir sıra deputatların toxunulmazlığının ləğvi haqqında qanun layihəsini təsdiqləyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, qanun layihəsini qanunvericilərin əksəriyyəti dəstəkləyib və qanun referenduma ehtiyac olmadan qəbul olunmuş sayılıb.
Qanun prezidentin imzası və “Rəsmi qəzet”də dərc olunduqdan sonra qüvvəyə minəcək.
Mənbə: Oxu.Az