Ermənilər anası erməni Camalaya düşmən kəsilməsinin sirri » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Maqazin

Ermənilər anası erməni Camalaya düşmən kəsilməsinin sirri

Ermənilər anası erməni Camalaya düşmən kəsilməsinin sirri


Camalaya qarşı petisiyaya imza atmış 50 minə yaxın erməni onun anasının erməni olduğuna göz yumurlar.

İrəvan sakini Atur Ovannisyan «Eurovision 2016»nın qalibi olmuş ukraynalı müğənni Camalanı bu tituldan məhrum etmək üçün petisiya yaradıb.

ANS PRESS-in məlumatına görə, petisiyaya imza atmış 50 minə yaxın ermənini hətta həqiqi adı Susanna Camaladdinova olan müğənninin anası Qalina Tumasovanın milliyyətcə erməni olmasını da qulaq ardına vurublar. Sözün qısası, Susanna Camaladdinovanın atası Alim Camaladdinov deportasiya olunmuş Krım tatarı olsa da, anasının erməni olmasını təkzib edən heç bir fakt yoxdur,


Düzdür, Qalina Tumasova rus mətbuatına müsahibə verən zaman atasının Ermənistandan Qırğızıstana deportasiya olunduğun bildirmişdi və bu, sosial şəbəkələrdə Camalanın anasının ya kürd, ya da azərbaycanlı olması barədə müzakirələrə səbəb oldmuşdu. Amma Ermənistandan deportasiya olunmuş kürdlərin təmsilçisi, 1937-ci ildə 3 yaşında Ermənistandan Qırğızıstana köçürülmüş Əhməd Apiyev ANS PRESS-ə müsahidəsində bu fikrin real olmadığını vurğulayıb:


«1937-ci ildə Ermənistandan Qırğızstan və Qazaxıstana 50 min adam köçürüldü. Onların əsas hissəsi kürdlər idi, amma içlərində xeyli azərbaycanlı və az sayda ermənilər vardı. Nə kürdlərin, nə də azərbaycanlıların içində Tumasov soyadı daşıyan yox idi. Bu, sadəcə o vaxt ermənilərin xəyanatkar saydığı hansısa erməni ailəsinə məxsus soyad olub».

Camala öz «Vikipediya» səhifəsinin rus və Ukrayna variantlarında da anasının erməni olduğunu vurğulayır. Amma buna baxmayaraq onun anasının həmvətənləri Avropa mahnı müsabiqəsinin zirvəsinə yüksəlmiş bu soydaşlarına düşmən münasibətlərini dayandırmırlar, hətta onun transseksual olması barədə dedi-qodular uydurmaqdan belə çəkinmirlər.

Halbuki Camala ilə eyni vəziyyətdə olan, yəni atası Krım tatarı, anası erməni olan məşhur rəssam İvan Konstantinoviç Ayvazovskini həmişə müdafiə edir, onun atasının Kefenin ayvazı olmuş müsəlman tatarın oğlu olması faktını tamamilə unutdurmağa çalışırlar.


Nə baş verir? Niyə ermənilər ana tərəfdən erməni geni daşıyan iki məşhur Krım tatarına qarşı fərqli yanaşma nümayiş etdirirlər. Hadisənin fərqinə vardıqda məsələnin kökündə türklər, daha doğrusu bu erməni südü əmiş iki tatarın türklərə fərqli münasibət göstərməsi durduğunu görmək olur. Məsələ bundadır ki, Krımın işğalından babası ruslar tərəfindən öldürülmüş və arası erməni evində böyümüş Ayvazovski özünü türk saysa da, XIX əsrin sonlarında erməni üsyançılara qarşı sərt mövqe tutmuş Osmanlı hakimiyyətinin bütün mükafatlarını geri qaytardı. Yəni ermənilərin tərəfini tutaraq türklərdən imtina elədi.

Amma Camala erməni öz erməni genlərini danmasa da daima türklüyü ilə qurur duyub. O, uşaq yaşlarından geri döndüyü Krımda bir tatar qızı kimi böyüyüb, tatar hərəkatının liderləri ilə yaxın münasibəti olub. Camala həm də Azərbaycanı sevdiyini, Rəşid Behbudovun, müslüm Maqomayevin mahnıları ilə böyüdüyünü dəfələrlə bəyan edib. Bir neçə dəfə Bakıda olduğunu heç vaxt gizlətməyib.

Onun «Eurovision 2016»da ifa etdiyi mahnı da başdan ayağa türk müsiqisindən ibarət edi və nəqaratı türkcə ifa edirdi. Məhz buna görə onun ifasının bü hissəsi Ermənistan televiziyasında göstərilməmişdi. Göründüyü kimi, ermənilərin zehniyyətini zəhərləmiş türk düşmənçiliyi hamı üçün təhlükəlidir, hətta damarında erməni qanı axan insanlar üçün də.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *