Rusiya Azərbaycan ilə sərhədlərin demarkasiyasını başa çatdırır
Rusiya Azərbaycan ilə sərhədlərin demarkasiyasını başa çatdırır.
Oxu.Az xəbər verir ki, bu barədə İnterfaksa verdiyi müsahibəsində Rusiya prezidentinin MDB-yə üzv dövlətlər ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in xüsusi işlər üzrə səfiri İqor Bratçikov bildirib.
“Rusiya tərəfinə gəldikdə isə, biz praktiki olaraq “sahə” işləri üçün lazım olan kartoqrafik materialların hazırlanmasını tam olaraq başa çatdırmışıq, sərhəd nişanlarının quraşdırılması, nazirliklərarası demarkasiya qruplarının formalaşdırılması üzrə konkret mərhələli plan hazırlamışıq.
Müvafiq məsrəflər federal büdcəmizdə nəzərdə tutulub. Azərbaycanlı qonşularımızın və həmkarlarımızın hazırlıq səviyyəsini nəzərə alaraq, Rusiyanın bu hissəsinin cənub sərhədlərində qırmızı-yaşıl sütunlar artıq gələn il quraşdırılmağa başlanılacaq”, - İ.Bratçikov bildirib.
Mənbə:> Oxu.Az