Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə

Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"

Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"


Odessa qubernatoru Mixail Saakaşvili və Odessa gömrüyünün rəhbəri Yuliya Maruşevskaya Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri azərbaycanlı Roman Nəsirovu ittiham ediblər.

ANS PRESS-in məlumatına görə, onlar Nəsirovu Odessa gömrüyündə bütün korrupsiyaya qarşı layihələri dayandırmaqda günahlandırırlar.

"Mən Gürcüstan prezidenti olan zaman belə insanlar həbsxanada otururdular”
Onlar Dövlət Fiskal Xidmətinin rəhbərinə öz iradlarını baş nazir Vladimir Qroysmanın iştirakıyla keçirilən müşavirə zamanı bildiriblər.

Müşavirədə Ukrayna Ali Radasının deputatı, parlamentin Vergi və gömrük siyasəti komitəsinin sədri, əslən azərbaycanlı olan Nəsirov da iştirak edib.

"Mən Gürcüstan prezidenti olan zaman belə insanlar həbsxanada otururdular”, - deyə Nəsirovu göstərərək Saakaşvili bildirib. Qroysmana müraciət edərək, Saakaşvili "sizə onsuz da onu oturtmaq lazım olacaq", - deyə bildirib.
Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"

Yuliya Maruşevskaya və Saakaşvili
Nəsirov ötən ilin mayında Ukraynanın Dövlət Maliyyə Xidmətinin sədri vəzifəsinə təyin olunub. Roman Mikayıl oğlu Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub.

Atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov orta məktəbi Kiyevdə bitirdikdən sonra əvvəlcə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra isə Şərqi London Universitetində (University of East London, STM) maliyyə və beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. Uzun müddət bank sektorunda fəaliyyət göstərib.

Daha sonra “Konkord Kapital” (Kiyev) investisiya şirkətinin Qiymətli kağızlarla ticarət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 2013-cü ilin aprelində Ukrayna Dövlət Ərzaq-Taxıl Korporasiyasının İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və 1 il bu vəzifədə işləyib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib.

Keçmiş Gürcustan prezident Saakaşvili ötən ilin 30 may tarixində Odessa qubernatoru kimi təyinat alıb. Bundan öncə isə o, Ukrayna prezidenti Petro Poroşenkonun sərəncamı ilə ölkə vətəndaşlığı alıb. 1967-ci il dekabrın 21-də anadan olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Kiyev Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, daha sonra ABŞ-ın Kolumbiya Universitetində magistr dərəcəsinə yiyələnib. Saakaşvili daha sonra 1995-1996-cı illərdə Corc Vaşinqton Universitetində doktoranturanı bitirib.
Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"

Roman Nəsirov

Mixail Saakaşvili 2004-cü il yanvarın 4-də prezident seçilib. 2008-ci il yanvarın 5-də yenidən prezident seçkilərinin qalibi olub. Prezident postuna gələn Mixail Saakaşvili daxili siyasətdə bir sıra yeniliklərə də imza atıb. Onun bu istiqamətdə Rusiya ilə kifayət qədər problemləri də olub. O, dəfələrlə Rusiyanı separatizmdə günahlandırmaqla Gürcüstan-Rusiya əlaqələrinin pisləşməsinə gətirib çıxarıb. Ona qarşı öz ölkəsində 4 cinayət işi açılıb. Onlardan biri dövlət vəsaitindən şəxsi məqsədlər üçün istifadədir.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynanın Odessa şəhərinin qubernatoru təyin olunduqdan sonra daim korrupsiya və özbaşınalığa qarşı sərt qaydalar tətbiq edir. O, rüşvətxor idarə, təşkilat və hüquq-mühafizə orqanları əməkdaşlarını vəzifəsindən azad edib. Saakaşvilinin əmri ilə dəniz qırağında yerləşən Kiyev oliqarxlarına məxsus hasarlanmış ərazilər sökülüb.

Ötən ilin dekabrında Mixail Saakaşvili Ukraynanın daxili işlər naziri Arsen Avakovu da korrupsiyada ittiham etmişdi. Nazir isə onu məhkəməyə vermişdi. Ondan əvvəl isə Milli İslahatlar Şurasının toplantısında bu iki siyasətçi arasında insident baş vermişdi. Avakov Saakaşvilinin ittihamlarına cavabında bir stəkan suyu onun üzünə atmışdı.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *