Almaniyada Merkeli təhqir etdilər
Naməlum şəxslər Almaniyanın Ştralzund şəhərində kansler Angela Merkelin seçki dairəsinin qəbul otağının qarşısına üzərində təhqiredici yazı olan donuz başı atıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından bildiriblər ki, heyvanın kəlləsi şənbə günü səhər saatlarında yerli polis əməkdaşlarının biri tərəfindən tapılıb.
Donuz başının üzərində konkret nə yazıldığı barədə məlumat verilmir. Polis yalnız qeyd edib ki, təhqiredici yazı Merkellə ünvanlanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Merkel öz dairəsində 1990-cı ildən seçilir.
Mənbə:> Oxu.Az