Inın döyüşçüləri Rusiya yaxtasını ələ keçirdilər
Şimali Koreyanın sahil mühafizəsinin ekipajı “Elfin” yaxtasında Rusiyanın Primorye diyarından olan idmançıları saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə “Vladivostok” xilasetmə-koordinasiya mərkəzinin nümayəndəsi bildirib.
“Yaxtanı sahil mühafizəsi tutub. Ekipaj qaydasındadır”, - deyə, o, bildirib.
Hadisənin Yapon dənizində, neytral sularda baş verdiyi bildirilir. Cənubi Koreyanın Pusan limanından Vladivostoka gələn gəmi sahildən 157 km məsafədə saxlanılıb. Şimali koreyalılar gəmi kapitanını göyərtələrinə alıblar.
Daha sonra “Elfin” yaxtasının Şimali Koreya istiqamətində aparıldığı bildirilir.
Rusiya XİN-nin Vladivostokdakı nümayəndəliyi rəhbərinin vəzifəsini müvəqqəti icra edən İqor Aqafonov bildirib ki, Şimali Koreya hərbçilərinin saxladığı yaxtanın ekipajı ilə əlaqə yoxdur, gəminin Şimali Koreyaya çatıb-çatmaması barədə də məlumat alınmayıb.
“Şimali Koreya tərəfinin iddialarının mahiyyətini öyrənmək lazımdır. Hələlik informasiya yoxlanılır, təfərrüatlar araşdırılır. Bu standart prosedurdur”, - deyə, o, bildirib.
Mənbə:> Oxu.Az