Qondarma rejim Vaşinqtonda məkan qurub?! » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Qondarma rejim Vaşinqtonda məkan qurub?! – VİDEO

Qondarma rejim Vaşinqtonda məkan qurub?!


1997-ci ildən bu günədək Dağlıq Qarbağın Birləşmiş Ştatlardakı daimi nümayəndəliyi kimi fəaliyyət göstərən təşkilat aşkarlanıb.

Azərbaycanın ABŞ-dakı səfirliyi erməni lobbisinin təxribatına aydınlıq gətirib. Ağ evin bir addımlığında qondarma rejimin nümayəndələrinin ofisi adı altında fəaliyyət göstərən qurum sadəcə bir lobbiçilik qrupu dur.
Bəs necə olub ki, qondarma rejimin nümayəndələri Vaşinqtonda özlərinə məkan qurub?! Ofislə əlaqə saxlasaq da, bizi qarşılamağa gələn erməni söylədi ki, bura Amerika-Ermənistan cəmiyyətidir.Qondarma rejimin nümayəndələrinə oturmaq üçün yer vermişik. Binanın girişində onların mövcudluğunu göstərən hər hansı bir lövhə vurulmayıb.
Orda olduğumuz vaxt ərzində isə onlar da bizi öz telefonları ilə lentə alırdı.
Kiçik araşdırmamız onu göstərir ki, ermənilər bu ofisi 1997-ci ildə alıblar. Təşkilat fəaliyyətə Dağlıq Qarbağın Birləşmiş Ştatlardakı daimi nümayəndəliyi kimi başlayıb. Mövzunu Azərbaycanın Vaşinqtondakı səfirliyi ilə müzakirə etdik.



Səfirliyin ikinci katibi Natiq Baxışovla söhbətimizdən bəlli oldu ki, diplomatlarımız bu barədə kifayət qədər məlumatlıdırlar. Birləşmiş Ştatların Ədliyyə nazirliyi bu ofisi, Xarici agentlərin qeydiyyat aktı üzrə sənədləşdirib. İkinci Dünya müharibəsi dönəmindən qüvvədə olan akt, ölkə xarici ilə əlaqəsi olan qrumları bir araya toplayır. Bu aktla qeydiyyatdan keçən qrumun hec bir siyasi və diplomatik mövqeyi olmur. Bu o deməkdir ki, Dağlıq Qarabağ ermənilərinin Amerikadakı fəaliyyəti siyasi olmamalıdır.

Diplomatlarımızın səyi nəticəsində qrumun adını dəyişdirmək mümkün olub. Ermənilərin təqdimatına baxmayaraq rəsmi sənədlərdə, Dağlıq Qarabağın Amerikadakı ofisi kimi tanınır.

Təbii ki bizim mübarizəmiz davam edir. Biz hər vəchlə çalışırıq ki, həmin ofisdə və bu tipli təşkilatların fəaliyyətlərini minimuma endirək. Bu bizim burdakı fəaliyyətlərmizdən əsaslarından birdir.
Amerikanın hüquqi sisteminə görə, ofis siyasi yox agent təşkilatı olduğu üçün, üzvləri hər addımları barədə hesabat verir. Təəssüf ki, Amerika hüquqi sisteminin tələbinin əksinə olaraq Ermənistan bu ofisdən də siyasi məqsəldər üçün istifadə etməyə çalışır.
İndi dipolmatlarımız Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatları qarşısında ofisin fəaliyyətinin məhdudlaşdırılmasını qaldırıblar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *