Erməni ekspert: “Qarabağ Rusiya hərbi şantajının hədəfində” » AzNews.info -Xəbər portalı

Erməni ekspert: “Qarabağ Rusiya hərbi şantajının hədəfində”

Erməni ekspert: “Qarabağ Rusiya hərbi şantajının hədəfində”


“Mariya Zaxarova yalnız onu bildirdi ki, onlar tərəflər arasında güc tarazlığını saxlayırlar və Rusiya heç vaxt – diqqət yetirin! – Azərbaycanla münasibətlərinə zərər yetirəcək addımlar atmayacaq!”
AzNews.info Hurriyyet.org-a istinadən Armen Arakelyanın “Qarabağ Rusiya hərbi şantajının hədəfində” adlı yazısını təqdim edir.

Qarabağ Rusiya hərbi şantajının hədəfində
Hetq.am, Armen Arakelyan

Rusiya Federasiyasının Ermənistandakı səfirliyi erməni mətbuatında geniş yayılmış bir məlumatı hələ təkzib etməyib. Məlumatda deyilirdi: mayın 9-da səfirliyin ikinci katibi bildirib ki, nə qədər ki, Ermənistan Artsaxı (ermənilər Qarabağa belə ad qoyublar – red.) tanımayıb, Artsaxa bir ədəd də rus silahı göndərilə bilməz. Səfirliyin bu informasiyaya reaksiya verməyə tələsməməsi də istisna deyil. Çünki səfirlik erməni ictimai rəyinə, eyni zamanda bu cür ciddi sətiraltı mənaları olan, şərhlər üçün geniş müstəvilər açan informasiya nəticəsində hansı təsəvvürlərin meydana çıxa biləcəyinə əhəmiyyət vermir. Lakin bu informasiyanın həqiqətə uyğunluğu da mümkün sayıla bilər. Onu təkzib etməyə əsası olmayan səfirlik həm də qeyri-rəsmi şəkildə, ikinci şəxslərin dili ilə erməni cəmiyyətinə müəyyən mesajlar vermək istəyib.
Adama elə gəlir ki, səfirlik Ermənistana silah tədarük etmək və silahlanma sahəsində Azərbaycanla tarazlıq yaratmaq üçün Ermənistanı DQR-i (işğal edilmiş Azərbaycan torpaqlarında ağalıq edən separatçı erməni qurumu – red.) tanımağa təhrik edir.
Lakin əslində, bu bəyanatın sətiraltı mənası odur ki, Rusiya Ermənistana hərbi texnika tədarük edə bilmir və yaxud da istəmir, çünki onun Dağlıq Qarabağa çatdırılıb-çatdırılmayacağından əmin deyil.
Məsələ bundadır ki, Rusiya özü Ermənistandan Dağlıq Qarabağ Respublikasını tanımamağı tələb edir. Ötən həftə Ermənistan hökumətinin DQR-in tanınması qanun layihəsi ilə bağlı qərarında deyilirdi ki, tanımaq məsələsini müvafiq xarici amillərin olacağı halda mümkün hesab edir. RF prezidentinin mətbuat katibi Dmitri Peskov bu məsələ ilə bağlı ümid etdiyini bildirdi ki, tərəflər münaqişə zonasında yaradılmış “kövrək sülhə” zərər vercək addımlar atmayacaqlar. Rusiya XİN başçısı Sergey Lavrov isə onlara dəqiq söylədi ki, Dağlıq Qarabağın statusu məsələsi birtərəfli qaydada deyil, hərtərəfli nizamlanma çərçivəsində həll edilməlidir. Faktiki olaraq, Lavrov açıq şəkildə dedi ki, İrəvan DQR-i birtərəfli şəkildə tanımamağı Moskvaya vəd edib.
Ermənistanın həqiqətən Lavrova belə təminatlar verib-vermədiyi, yoxsa RF xarici işlər nazirinin bu bəyanatının sadəcə, Ermənistanı belə addım atmayıb Moskvanı çox ağır diplomatik seçim qarşısında qoymaması üçün İrəvana təzyiq göstərməyə çalışdığı vacib deyil. Vacib olan odur ki, Ermənistan qarşısında bir tərəfdən DQR-i tanınmamaq kimi qəti tələb qoyulur, digər tərəfdən isə şərt qoyulur ki, yalnız onun tanınması halında Rusiyanın verəcəyi, yaxud da satacağı silahlar və hərbi texnika Artsaxa təqdim edilə bilər. Başqa cür deyilsə, Rusiya səfirliyi özünəməxsus şəkildə başa salıb ki, Ermənistan Qarabağ müharibəsində istifadə etməyəcəyi təqdirdə silah almayacaq və nə qədər ki, “təhlükə var”, onu almayacaq.
Həqiqətdə Moskvanın ehtiyat etməsinin iki səbəbi var. Birinci səbəb – DQR-in tanınmasından və Azərbaycanla hərbi toqquşmalardan sonra Artsaxın və artsaxlıların təhlükəsizliyinin təminatı məqsədilə İrəvanın Stepanakertlə müqavilə bağlayacağı barədə xəbərdarlıqdır. Mockvada başa düşürlər ki, bu addımlar gerçəkləşəcəyi təqdirdə, hərbi əməkdaşlıq barədə müqaviləyə əsasən, Ermənistan Rusiyadan Azərbaycana qarşı hərbi əməliyyatlarda kömək etməyi tələb edəcək. Bu isə perspektivdə Türkiyə ilə yeni səviyyədə hərbi əks-cəbhələşmə demək olacaq. Ermənistanın bu addımı atmaması üçün onun qarşısında bir tərəfdən DQR-İ tanımamaq, digər tərəfdən isə Artsaxa hərbi texnika verməmək tələbləri qəti şəkildə qoyulur.
İkinci səbəb – Azərbaycanla müəyyən razılaşmaların olmasıdır. Rusiya tərəfinin Ermənistana hərbi sursat və hərbi texnika göndərməyə tələsməməsini bununla da izah etmək olar. Halbuki, ölkəmizin 200 milyon dollar məbləğində kreditlə silah alması barədə razılaşmanı Ermənistan Milli Parlamenti az qala bir il bundan əvvəl ratifikasiya edib.
Bu ilin martında, yəni dördgünlük müharibədən cəmi bir neçə gün əvvəl, Rusiya tərəfi qəribə bir şəkildə davranaraq, Ermənistanın aldığı hərbi texnikanın məxfi hesab edilən siyahısını rəsmən dərc etdi. Azərbaycan isə Rusiyaya etirazını bildirərək tələb etdi ki, bu silahın “işğal edilmiş ərazilərə”, yəni Dağlıq Qarabağa göndərilməyəcəyinə dəqiq təminat versin. Buna cavab olaraq isə RF XİN-in mətbuat katibi Mariya Zaxarova yalnız onu bildirdi ki, onlar tərəflər arasında güc tarazlığını saxlayırlar və Rusiya heç vaxt – diqqət yetirin! – Azərbaycanla münasibətlərinə zərər yetirəcək addımlar atmayacaq!
Bundan dərhal sonra RF baş nazirinin müavini Dmitri Roqozin qəflətən Bakıya yollandı. Guya Bakıda Azərbaycanın ali rəhbərliyi ilə bu ölkəyə tədarük edilmiş hərbi texnika üçün yığılmış borcların qaytarılması məsələsi müzakirə ediləcəkdi.
Aprelin 7-də Ermənistanın baş naziri Ovik Abramyan rus həmkarı Dmitri Medvedevdən xahiş etdi ki, rus hərbi sənaye müəssisələru kredit müqaviləsində nəzərdə tutulan hərbi texnikanın Ermənistana tədarükünü sürətləndirsin. Bu onu göstərirdi ki, Rusiya tərəfi hərbi texnika verilməsi ilə bağlı öz müqavilə öhdəliklərini yerinə yetirmək istəmir və Roqozin Bakıya borcların qaytarılmasını tələb etməyə deyil, artıq Artsaxa hücumu planlaşdırılmış (müəllif burada kobud səhvlər buraxır: dördgünlük müharibə əvvəlcədən planlaşdırılmamışdı, ermənilərin təhrikçi atəşkəs pozuntularında qarşı cavab addımı idi – red.) Əliyevi müqavilədə nəzərdə tutulmuş hərbi texnikanın bir partiyasının da hələ Ermənistana göndərilmədiyinə, yəni, təbii ki, Artsaxa da çatıdırıla bilməyəcəyinə inandırmaq üçün getmişdi.
Beləliklə, Rusiya Bakıya onun çox istədiyi təminatı verdi: erməni tərəfi ekvivalent hərbi texnikaya malik deyil ki, onun köməyi ilə mümkün hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinə cavab verə bilsin. Yəni Rusiya “strateji müttəfiqi” olan Ermənistanla münasibətlərini deyil, Azərbaycanın etiraz notasının məzmununu əsas götürdü.
Və budur, RF-in İrəvandakı səfirliyi ikinci dəfə Bakını inandırır ki, belə hərbi texnika Artsaxda yoxdur və üstəlik, Ermənistan Artsaxı müdafiə etmək məqsədilə (oxu: əldə etmək üçün – red.) Azərbaycanla müharibəyə girmək təhdidlərindən imtina etməyənə qədər Ermənistana verilməyəcək də. Sözün hərfi mənasında bu o deməkdir ki, Moskvanın İrəvandan real tələbi Azərbaycanın DQR-ə qarşı mümkün hərbi əməliyyatlarına (oxu: öz ərazilərini müdafiə tədbirlərinə -red.) qarışmamaqdır. Ən azı Moskva özü bunu etmək üçün İrəvana icazə verməyi lazım bilənə qədər. Buna hərbi şantajdan başqa ad vermək mümkün deyil.
Lakin Moskva onu hesaba almayıb ki, belə bir şantajın heç bir mənası yoxdur və DQR-də bu məsələ sırf Qarabağ məsələsi olaraq deyil, sözün əsl mənasında ölüm-dirim məsələsi kimi qəbul olunur. Buna görə də Moskva şantajdan nə qədər intensiv şəkildə istifadə edərsə, bütün mənalarda Ermənistanı itirmək prosesini də bir o qədər sürətləndirmiş olacaq.

Mənbə: Hurriyyet.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *