Artur Rasizadə və Natiq Əliyev Gürcüstana gedəcək » AzNews.info -Xəbər portalı

Artur Rasizadə və Natiq Əliyev Gürcüstana gedəcək

Artur Rasizadə və Natiq Əliyev Gürcüstana gedəcək


Mayın 15-də Gürcüstanın Tbilisi şəhərində “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş mərasim keçiriləcək.

Energetika Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycanı bu mərasimdə baş nazir Artur Rasizadə və energetika naziri Natiq Əliyev təmsil edəcək.

“Şərq-Qərb” enerji dəhlizinin əsası Bakı-Supsa neft ixrac boru kəməri ilə başlanır. 1996-cı il mart ayının 8-də Azərbaycan və Gürcüstan arasında ilkin neftin Gürcüstan ərazisindən nəqlinə dair hökumətlərarası sazişin imzalanması ilə Bakı-Supsa neft ixrac boru kəməri layihəsinə start verilib.

Uzunluğu 830 km, layihə gücü ildə 5,1 mln. ton, gündəlik maksimum ötürmə gücü 115 min barel olan bu kəmərin istismara buraxılması ilə Şərqlə Qərbi birləşdirən enerji dəhlizinin təməli qoyulub.

1999-cu il aprel ayının 17-də Supsada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin, habelə ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb ixrac boru kəmərinin və Supsa terminalının rəsmi açılış mərasimi baş tutub.

Bakı-Supsa Azərbaycanı dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk kəmərdir.

Bakı-Supsa kəməri istifadəyə verildiyi vaxtdan bu günədək bu boru kəməri ilə 76,3 mln. ton neft nəql olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *