Məşhur İran generalı öldürüldü
Suriyada öldürülən İran generallarından daha birinin adı bəlli olub.
Axar.az Fars agentliyinə istinadən xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xüsusi təyinatlı qüvvələrinin komandanı, general Məhəmməd Nazıri Suriyada öldürülüb. Onun kimyəvi silah tətbiqi nəticəsində öldüyü bildirilir.
Nazırinin ölkənin tanınmış generallarının hazırlanması və yetişməsində böyük rolu olub.
İraq və Suriyada fəaliyyət göstərən “Qüds” ordusunun komandanı, general Qasım Süleymani Nazırinin onun müəllimi olduğunu deyib.
Qeyd edək ki, Suriyada 11 İran generalı öldürülüb. Onlardan Həsən Şateri, Məhəmməd Camalzadə, Abdullah İsgəndəri, Cabbar Dərisavi, Möhsin Qacarian və Əli Allahdadinin adı ötən gün açıqlanmışdı.
Mənbə:> Axar.az