Yerevan Azərbaycan və Ermənistana silah embarqosu qoymağa çağırdı
“Biz nə baş verdiyini anlayırıq”.
Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan Qarabağ münaqişəsi tərəflərinə silah tədarükünə embarqo qoyulmasına çalışır.
Oxu.Az xəbər verir ki, nazir müavini bu barədə fikrini Avstriyanın “Die Presse” qəzetinə verdiyi müsahibəsində bildirib.
Erməni cəmiyyətində Rusiyanın münaqişə tərəflərinə silah satmasını kritik qəbul edildiyinə dair şərhə, Koçaryan cavab verib:
“Erməni tərəfi bu məsləni mütəmadi olaraq, o cümlədən də prezident səviyyəsində qaldırır. Biz nə baş verdiyini anlayırıq və bizim narahatçılığımız üçün bütün əsaslarımız var. Rusiya tərəfi silah satmadığı halda, bunun başqa birinin edəcəyini deyir.
Mən regionda münaqişənin bütün tərəflərinə silah tədarükünə embarqo qoyulmasının tərəfdarıyam. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri buna BMT-nin TŞ-da nail ola bilərlər. Bu, doğru olardı”.
Embarqonun erməni tərəfinə də toxunacağına dair mülahizəyə cavab verən nazir müavini bildirib:
“Təbii, bu yalnız həmsədrlərin nüfuzundan asılıdır”.
Mənbə:> Oxu.Az