İran müstəqil Kürdüstanı qəbul etmədi
Rəsmi Tehran İraq Kürdüstan bölgəsinin müstəqillik elan etməsini qəbul etməyəcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabir Ənsari məlumat verib.
XİN rəsmisinin sözlərinə görə, İraqın bütövlüyü qorunacaq:
“İraqın müstəqilliyi, birliyi və ərazi bütövlüyü həm o ölkənin vətəndaşlarının, həm də bütün bölgə və dünya ölkələrinin maraqlarına xidmət edir. İran İraqdakı bütün tərəflərə beynəlxalq hüquq normalarına riayət etməyi məsləhət görür”.
Mənbə:> Axar.az