Avstriya kansleri istefaya getdi
Avstriyanın kansleri Verner Fayman vəzifəsindən istefa verib, Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Məlumatda onun koalisiya hökümətinin başçısı və Sosial Demokrat Partiyasının sədri vəzifələrindən istefa verdiyini bildirilir.
Qeyd olunur ki, Fayman ölkədə sığınacaq almaq üçün qanunların sərt tərəfdaşı olduğuna görə təzyiq altında idi.
Daha bir səbəb kimi kanslerin partiyasının iki həftə əvvəl prezident seçkilərində uduzması göstərilir.
Mənbə:> Oxu.Az