YAP üzvlərinin sayı 700 minə çatdı
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı 700 min nəfərə çatıb.
Bu barədə Oxu.Az-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, partiya rəhbərliyi mayın 6-da 700 mininci üzvə üzvlük vəsiqəsi təqdim edəcək.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabrın 21-də yaradılıb.
Partiyanın ilk sədri Heydər Əliyev olub. YAP-ın hazırkı sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.
Mənbə:> Oxu.Az