Bu gün Türkiyənin AB taleyi həll olunur
Bu gün Avropa Komissiyası 75 milyon Türkiyə vətəndaşının vizasız gediş-gəlişinə icazə verilməsini tövsiyə edəcək.
Axar.az xəbər verir ki, Avropa Birliyi (AB) bu layihəni təsdiq edərsə, Türkiyə, Ukrayna, Kosovo və Gürcüstan vətəndaşlarının Şengen zonasında qalma müddəti 90 günə qədər uzanacaq.
İngiltərənin “Deyli teleqraf” (Daily Telegraph) qəzeti isə razılaşmanı tənqid edən yazı dərc edib. Nəşrin iddiasına görə, razılıq qüvvəyə mindikdən sonra Türkiyə vətəndaşlarının Şengen zonasına axını başlayacaq:
“İldə təxminən 250 min adam təyin olunan müddəti aşaraq Şengen bölgəsində qalır. AB səlahiyyətliləri bu şəxslərin siyahıya alınmasında çətinlik çəkir. Çünki çox vaxt yalnız pasporta vurulan bir möhürlə Şengen zonasında qalmaq mümkün olur. Şengen zonasına 26 ölkə daxildir. Ancaq bu bölgəyə girənlər və çıxanlarla bağlı üzv ölkələrin məlumat bazası yoxdur. Bu razılaşma həyata keçərsə, xeyli Türkiyə vətəndaşı Şengen zonasında qalacaq”.
Mənbə:> Axar.az