Jandarm idarəsinə bombalı maşınla hücum: ölü və yaralılar var
Türkiyədə separatçı PKK terror qruplaşması növbəti dəfə terror hadisəsi törədib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə Şanlıurfa vilayəti ilə Mardin vilayəti arasındakı magistral yolda, Mardinin Derik rayonundakı Jandarm idarəsində baş verib.
Terrorçular magistral yoldakı Üçyol adlı ərazidə yerləşən eyni adlı Jandarm idarəsinə partlayıcı ilə yüklənmiş avtomobillə hücum ediblər. Hadisdən sonra təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı insident olub.
Hadisənin baş verdiyi yerə dərhal çox sayda təcili yardım briqadaları cəlb edilib. Terror hücumu nəticəsində 1 hərbçinin şəhid olduğu, 6 əsgərin isə yaralandığı bildirilir.
Terror hücumunun baş verdiyi yolda bir müddət avtomobilərin hərəkəti məhdudlaşdırılıb.
Mənbə:> ANSPRESS