Türkiyədə gərgin gün: ölənlər yaralananlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Kriminal

Türkiyədə gərgin gün: ölənlər yaralananlar var

Türkiyədə gərgin gün: ölənlər yaralananlar var


Türkiyədə hərbçilərin ölümü və xəsarət almaları ilə nəticələnən insident baş verib. ANS PRESS-in yerli mətbuata istinadən məlumatına görə, hadisə Mardin vilayətinin Nusaybin rayonunda qeydə alınıb.

Hərbçilərin əməliyyat üçün girdiyi binada PKK terrorçularının əvvəlldən quraşdırdığı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində jandarm kapitanı Xəlil Özdəmir ilə jandarm çavuşu İbrahim Etöz dağıntıların altında qalaraq dünyalarını dəyişiblər.

Əməliyyatda iştirak edən daha 5 hərbçi isə aldıqları xəsarətlərlə xəstyəxanaya çatdırılıblar.

Son aylarda Türkiyədə PKK terrorçularına qarşı intensiv əməliyyatlar keçirilir. Türkiyə Silahlı Qüvvələri (TSK) PKK terrorçularının nəzarətindən olan bir çox yeri yenidən ələ keçirərək çox sayda silahlını məhv edib və ya həbs edib.

Terror qruplaşmasının metropolis qolu isə son bir ayda paytaxt Ankarada və İstanbulda çox sayda mülki əhalinin ölümü ilə nəticələnən terror aktı törədib.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və baş naziri Əhməd Davudoğlu terrorçulara qarşı mübarizənin qərarlılıqla davam edəcəyini bəyan ediblər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *