Türkiyə daha 2 şəhid verdi

Türkiyənin Mardin vilayətinin Nusaybin mahalında PKK terrorçularına qarşı keçirilən əməliyyatda 2 əsgər həlak olub, 5-i isə yaralanıb.
Axar.az xəbər verir ki, Fərat məhəlləsində evdə axtarış aparılan zaman partlayıcı qurğu işə düşüb və bina çöküb.
Binanın dağıntıları altında qalan 7 əsgərdən 2-si həlak olub.
Yaralılar isə dərhal xəstəxanaya çatıdırlıb.
Mənbə: Axar.az