Sabiq prezident namazdan imtina etdi » AzNews.info -Xəbər portalı

Sabiq prezident namazdan imtina etdi – VİDEO

Sabiq prezident namazdan imtina etdi


Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər dostunun cənazə namazını qılmaqdan imtina edib. ANS PRESS-in məlumatına görə, Necdət Sezər həyat yoldaşı Səmra Sezər ilə birlikdə dostu Burhan Özduralın dəfn mərasimində iştirak edib.

Ə.N.Sezər və B.Özdural məhkəmə sistemində bir yerdə işləyib. Sabiq prezidentin yaxın dostunun dəfn mərasimindəki hərəkəti bir çoxlarını çaşdırıb.

Belə ki, Sezər Kocatepe məscidində qılınan cənazə namazında iştitak etməyib. Bildirilir ki, 10-cu prezident deyib ki, namaz qılmağa ehtiyac yoxdur: “Burada dayanaq.”

Cənazə namazından sonra Sezər dəfn mərasiminə qatılan vətəndaşlar söhbətləşib. Jurnalistlərin suallarını cavablandırmayan sabiq prezident daha sonra xanımı Səmra Sezər ilə birlikdən məscidən uzaqlaşıb.



Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər həmçinin Konstitusiya Məhkəməsinin sədri olub. O, 1941-ci il sentyabr ayının 13-də Afyonkarahisar şəhərində anadan olub. 1958-ci ildə Afyon Litseyini bitirib.

1962-ci ildə Ankara Universitetinin Hüquq fakultetindən məzun olub və eyni ildə Ankarada hakim köməkçisi təyin olunub.

2000-ci il may ayının 16-dan 2007-ci il avqust ayının 28-nə qədər Türkiyənin Prezidenti olub. Sezərdən sonra ölkə prezidenti Abdulla Gül olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *