Fransalı jurnalist İŞİD sıralarına qoşularaq onlar haqqında film çəkib – VİDEO
Fransalı jurnalist üç ay müddətinə gələcək cihadçıların radikal şəbəkəsinə qoşulub və “İŞİD” terror qrupu adından Fransada terror aktını keçirməyi planlamalarına dair gizli kamera vasitəsilə film çəkib.
Oxu.Az xəbər verir ki, Səid Rəmzi təxəllüsündən istifadə edən jurnalist “Allahın əsgərləri” adlı sənədli film üçün araşdırma aparıb, bu film gənc cihadçıların kim olduğundan danışmalıdır. Filmin nümayişi Fransada bazar ertəsi baş tutacaq.
“Mənim məqsədim, onların başlarında nə baş verdiyini anlamaq idi”, - jurnalist France-Press agentliyinə bildirib.
“Əsas dərslərdən biri, onların əməllərində heç zaman islamın əlamətləri müşahidə edilmədiyi oldu. Dünyanı yaxşılaşdırmaq arzusu yox idi. Sadəcə intihar meyilli, özlərini itirmiş, çaşqın, asanlıqla təsir altına düşən gənclər idi”, - Rəmzi qeyd edib.
Rəmzi bildirib ki, radikallar ilə – sosial şəbəkələrin vasitəsilə əlaqəyə girmək asan idi. Daha sonra isə o, düşərgədə olub. Qadın ona təlimatların olduğu məktub verib. Məktubda, həmçinin gecə klubunun hədəf alındığı hücum planı da var idi.
Plan həyata keçirlənə qədər, qrup hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və cihadçıların planı baş tutmayıb.
Mənbə:> Oxu.Az