Türkiyə Jandarmasının komandanı Azərbaycana gəlir
Türkiyə Jandarmasının komandanı, ordu generalı Qalib Mendi Azərbaycana gələcək.
AzNews.info-nun xəbərinə görə, bu barədə “Report” hərbi mənbələrə istinadən məlumat verir.
Məlumata görə, jandarma komandanının səfəri mayın 3-də baş tutacaq.
Səfər zamanı Q.Mendi Azərbaycanın hərbi qurumlarında görüşlər keçirəcək və iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.
Mənbə:> Report.az