Nazir: Xəzər marşrutundan sıx istifadə olunacaq » AzNews.info -Xəbər portalı

Nazir: Xəzər marşrutundan sıx istifadə olunacaq

Nazir: Xəzər marşrutundan sıx istifadə olunacaq


Rusiya ilə yaşanan təyyarə böhranından sonra, türk nəqliyyatçılarının Orta Asiya bazarlarına çıxışı üçün istifadə etməyə başladıqları Xəzərdən daşıma tarifləri 40%-a yaxın azaldılıb.

Oxu.Az Anadolu-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş bildirib.

Onun sözlərinə görə, ixrac daşımalarında istifadə olunan marşrutların şaxələndirilməsi, daha aşağı xərc və daha qısa müddətdə malların təyinat nöqtələrinə çatmasına səbəb olur ki, bu da ixrac baxımından əhəmiyyətli bir rəqabət üstünlüyü yaradır.

Bu vəziyyətin daşımaların davamlılığını təminat altına aldığını qeyd edən nazir bildirib ki, alternativ ixrac marşrutlarının yaradılması ölkə iqtisadiyyatına töfhələri çox olacaq və buna görə də 10-cu İnkişaf Planı çərçivəsində yeni strategiya hazırlanıb.

Nazir xatırladıb ki, Xəzər marşrutundan istifadə üçün daşıma tarifləri 2 900 və 3 300 dollardan 1700 dollara enib.

“Rusiya ilə yaşanan son proseslərdən sonra, həmişəkindən daha strateji bir mövqe tutan Xəzər dənizi Orta Asiya ölkələrinə həyata keçirilən daşımalarda sıx bir şəkildə istifadə ediləcək”, - deyə Elitaş əlavə edib.

Qeyd edək ki, Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq göstərişlərini rəhbər tutaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edib.

Belə ki, yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları məbləğində müəyyənləşdirilib.

Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı, cəmi 2100 ABŞ dolları təşkil edib.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *