İraq parlamentinə hücum: "Rədd olun"
İraqın şiə din xadimi Müktəda əs-Sədr tərəfdarları parlament binasına hücum ediblər.
Axar.az xəbər verir ki, binaya daxil olan qrup parlament iclaslarında iştirak etməyən deputatlar barədə “Qorxaqlar rədd olsun” şüarı səsləndiriblər.
Məlumata görə, nümayişçilər binaya giriş-çıxışı bağladığından deputatlar ehtiyat çıxışından qaçmağa məcbur olublar.
Bəzi deputatların hətta xəsarət aldığı da bildirilib
Polis ətrafda təhlükəsizlik tədbirlərini gücləndirib.
Mənbə:> Axar.az