Türkiyədə deputatlar arasında dava: 5 yaralı – VİDEO
Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatların yaralanması ilə nəticələnən dava baş verib.
TBMM-in Konstitusiya Komissiyasında toxunulmazlıqlara bağlı Konstitusiyaya dəyişiklik təklifinin müzakirə olunduğu zaman AK parti ilə HDP-li (PKK yönlü Xalqların Demokratik Partiyası) millət vəkilləri arasında dava olub. Bir-birinə yumruqla zərbələr vuran deputatlardan 5-i yaralanıb. Onlardan 3-nün AK Parti-li, 2-nin isə HDP-li deputat olduğu bildirilir.
Yaralı deputatlar xəstəxanaya yerləşirilib.
Qalmaqal böyüdüyünə görə toplantı növbəti günə təxirə salınıb.
Mənbə:> Qafqazinfo.az