Ruhaninin tərəfdarları seçkilərdə qələbə qazandılar
Mötədil namizədlər – İran prezidenti Həsən Ruhaninin tərəfdarları parlament seçkilərinin ikinci mərhələsində daha çox səs toplayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə reuters seçkilərin qeyri-rəsmi nəticələrinə əsasən məlumat verir.
Birinci mərhələ fevralda baş tutub. O zaman Ruhaninin tərəfdarları – reformistlər və mötədil namizədlər 95 yer əldə edərək böyük nəticələrə nail olmuşdular. Mühafizəkarlar isə 105 yeri əldə edə bilmişdilər.
İkinci mərhələdə parlamendə daha 68 yerin aqibəti həll olunurdu. Qeyri-rəsmi nəticələrə əsasən, mötədil namizədlər 68 mandatdan 30-a nail ola biliblər.
Mənbə:> Oxu.Az