Obama-Davudoğlu görüşü təxirə salındı – SƏBƏB
Türkiyə Baş naziri Əhməd Davudoğlunun ABŞ səfəri təxirə salınıb.
Axar.az xəbər verir ki, 2-6 may tarixlərində baş tutması gözlənilən görüş ABŞ Prezidenti Barak Obamanın, Co Baydenin və Davudoğlunun proqramlarının uyğun gəlməməsinə görə başqa bir tarixdə keçiriləcək.
Məlumata görə, Barak Obama Əhməd Davudoğlunun görüş təklifini qəbul edib, ancaq tərəflərin işlərinin çox olması görüşün gerçəkləşməsinə əngəl olub.
Qeyd edək ki, Ağ ev rəsmiləri Obama-Davudoğlu görüşünün yaxın vaxtlarda baş tutacağını bildiriblər.
Mənbə:> Axar.az