Zakir Həsənova şeir qoşuldu » AzNews.info -Xəbər portalı

Zakir Həsənova şeir qoşuldu

Zakir Həsənova şeir qoşuldu


Tanınmış şair Mübariz Məsimoğlu Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənova şeir həsr edib.

AzNews.info AzNews.az-a istinadla “Paşa” adlı həmin şeiri təqdim edir:

Dığanın tənəsi, İvanın xofu,
Yaman ruhumuzu əzirdi, Paşa,
İşıqlı xəbərlər başı aşağı,
Bizdən uzaqlarda gəzirdi, Paşa.

Kimsə əyləşmişdi sənin yerində,
Rusca, ermənicə nəsə deyirdi.
Səngərə ayrılan pulu, paranı,
Villada rahatca basıb yeyirdi.

Şükür, bir təyinat yerinə düşdü,
Ordunun başına sən gəldin, Paşa.
Qəddini düzəltdi kişilik, ərlik,
Paşalıq rütbəyə tən gəldi, Paşa.

Duamız Allaha yetdi axır ki,
Axır ki, atılan zər düşdü qoşa.
Əlini əsgərə sən öpdürmədin,
Əsgərin əlini sən öpdün, Paşa.

Qəfil üzümüzə yayılan işıq,
İçinə yayılan nurdan başlayıb!
Millətin, ordunun, haqqın uğuru,
Mən yaxşı bilirəm burdan başlayıb!

Azad eyləmisən Lələtəpəni,
Keyfimiz sazdan da sazdı, saz, Paşa.
Sən qutsal, ilahi qata düşmüsən,
O qatı bir az da dərin qaz, Paşa.

Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *