Poroşenko Xarici Kəşfiyyat Xidmətinin rəhbərini işdən çıxardı
Ukrayna Prezidenti Pyotr Poroşenko Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Viktor Qvozdı vəzifəsindən azad edib.
Oxu.Az xəbər verir ki, bu barədə müvafiq fərman Ukrayna dövlət başçısının rəsmi saytında yerləşdirilib.
“Viktor Qvozd Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsindən azad edilsin”, - sənəddə deyilir.
Kadr dəyişikliyinin səbəbləri barədə açıqlama verilmir.
Mənbə:> Oxu.Az