Sərkisyanın həyatı təhlükədə- Hər zaman öldürülə bilər
Aprel ayının əvvəlində 4 günlük müharibə zamanı ciddi itkilərə məruz qalan Ermənistanın prezidenti Serj Sərkisyan mühafizəsini gücləndirib.
Artıq beynəlxalq qrumlar, xarici ölkələr, hətta strateji müttəfiqi sayılan Rusiya İrəvandan işğal altındakı torpaqların boşaldılmasını tələb edib.
Erməni mətbuatı yazır ki, Medvedev İrəvan səfəri zamanı Sərkisyana "sənin işğalçı siyasətinə görə strateji layihələrimiz - Avrasiya və Gömrük İttifaqlarımız yerində sayır" iradını bildirib.
Qeyd edək ki, Azərbaycan bu iki ittifaqın heç birinə qoşulmayıb. Səbəb kimi işğalçı Ermənistanın həmin layihələrdə təmsil edilməsi göstərilib. Maraqlıdır ki, ittifaqlarda təmsil olunan ölkələrin əksəriyyəti aprel müharibəsində Azərbaycana dəstəklərini ifadə ediblər. Belə olan halda Sərkisyanın işğalda saxladığı torpaqları boşaltmaqdan başqa çıxış yolu qalmayıb. Amma o, qorxur, təlaş içərisindədir. Ehtiyat edir ki, torpaqlardan çıxmaq barədə qərar qəbul etsə Ermənistandakı radikal qüvvələr onun hıyatına son qoya bilər. Necə ki, daha öncə belə bir hal yaşanmışdı.
Qeyd edək ki, son 20 ildə Ermənistanda hakimiyyəti ələ keçirərək yetərincə varlanmış "Qarabağ” klanı hakimiyyəti əlində saxlamaq üçün dəfələrlə qan töküb. 1999-cu il oktyabrın 27-nə kimi bu cür qanlı toqquşmalar aşağı səviyyələrdə gedirdi. Amma həmin gün toqquşma parlament səviyyəsinə qalxdı və hakimiyyəti hərbi yola ələ keçirmiş "Qarabağ” klanı Ermənistanın yerli əhalisinin lideri, parlamentə sədr seçilmiş Karen Demirçyanı parlament iclası zamanı qətlə yetirdi. Dəmirçyanla yanaşı daha 4 nəfər siyasətçi dünyasını dəyişdi. Qatil Nairi Hunanyanın o vaxtkı prezident, hərbi çevrilişlə hakimiyyətə gəlmiş "Qarabağ” klanının ilk prezidenti Robert Koçaryanın yaxın adamı olduğu bildirilir. Odur ki, Ermənistanda Qarabağın boşaldılmasına dair qərarın verilməsi hakim düşərgənin sonu kimi başa düşülür. Məhz buna görə də, Sərkisyan son günlər şəxsi mühafizəsini gücləndirib.
Mənbə:> Teleqraf.com