Azərbaycanda Sülh Korpusu fəaliyyətini dayandırdı
ABŞ-ın Sülh Korpusu təşkilatı Azərbaycandakı fəaliyyətini dayandırır.
ANS TV-nin məlumatına görə, bunu Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan deyib.
Onun sözlərinə görə, Azərbaycan höküməti, respublikada 11 ildir fəaliyyət göstərən “Peace Courps” humanitar təşkilatının bundan sonrakı fəaliyyətinə ehtiyac görmədiyini bildirib.
Derek Hoqan, ABŞ ilə Azərbaycan arasında qaçqınlara və məcburi köçkünlərə istiqamətlənən yardımların bundan sonra da davam edəcəyini ifadə edib.
Mənbə:> ANSPRESS