ABŞ-dan Azərbaycana və Ermənistana - ÇAĞIRIŞ
Bizim mövqeyimiz ondan ibarətdir ki, bu vertolyotun vurulmasına səbəb olan hadisələrə görə təəssüflənirik.
AZXEBER.COM xəbər verir ki, APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan deyib.
“Biz tərəfləri münaqişəni dinc yolla nizamlamağa çağırırıq. Prezidentlərin Soçidə, Uelsdə və Parisdə keçirilən görüşlərində müəyyən razılaşma və irəliləyişlər əldə olunmuşdu. Biz tərəfləri bu razılaşma və irəliləyişləri davam etdirməyə, bunun nəticəsində yekun dinc nizamlanmaya nail olmağa çağırırıq”, - deyə diplomat bildirib.
Mənbə:> AZXEBER.COM