Müdafiə Nazirliyindən "bombalanan" Madagizlə bağlı açıqlama » AzNews.info -Xəbər portalı

Müdafiə Nazirliyindən "bombalanan" Madagizlə bağlı açıqlama – VİDEO

Müdafiə Nazirliyindən "bombalanan" Madagizlə bağlı açıqlama


Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan KİV-də yayılan videogörüntülərə münasibət bildirib. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, videoda xüsusi effektlərdən istifadə edilib. "Amma çox delitantcasına hazırlanıb, dərin analiz eləmədən belə qurama olduğu bilinir. Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ancaq qarşı tərəfin təxribatlarına cavab olaraq qarşı tərəfin atəş nöqtələrinə cavab zərbələri endirir. Ermənilərin yaydıqları şəkillər və videolar saxtadır, dezinformasiya xarakteri daşıyır".

Bir neçə saat əvvəl erməni KİV-də nəzarət kameralarının Azərbaycan tərəfinin Madagiz ərazisini bombaladığı barədə görüntüləri yayılıb. Artilleriya zərbələri nəticəsində Elektrik Stansiyasının zərər gördüyü bildirilirdi.


Bu, Ermənistan tərəfinin yaydığı ilk təxribatçı məlumat deyil. Bundan əvvəl qarşı tərəfin mətbuatında məlumat dərc olunub ki, Ermənistan ordusu Azərbaycanın Silahlı Qüvvələrinə məxsus tank vurub.

Amma Azərbaycanın Müdafiə Nazirliyi məlumatın yalan olduğunu bildirdi. “Azərbaycan əldə olunmuş atəşkəslə bağlı razılaşmaya ciddi riayət edir, bu səbəbdən tanklarımız və digər texnikamız təmas xəttinə çıxarılmayıb”.

Bu fikirləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Ermənistan mətbuatının "Azərbaycana məxsus tankın vurulması" haqqında xəbəri ilə bağlı ANS PRESS-in sorğusunu cavablandırarkən deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi erməniləri öz gücü ilə elə qorxudub ki, onlar artıq öz tanklarını da bizim tanklar kimi qələmə verirlər:

"Birmənalı olaraq deyə bilərəm ki, bu, aprel ayının əvvəllərində fəal hərbi əməliyyatların keçirildiyi günlərdə tərəfimizdən vurulmuş erməni tankıdır. Bu yalan informasiyanın məqsədi erməni əsgərlərində Azərbaycan silahının gücü ilə qırılmış əhval-ruhiyyəni yüksəltməkdir. Amma, necə deyərlər, yalanın ömrü qısa olar, buna görə də rüsvay oldular”, - deyə V. Dərgahlı bildirdi.

Bu məlumat yalan olsa da aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə bu istiqamətdə qarşı tərəfin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *