Sarkisyanın səyləri qırılır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Sarkisyanın səyləri qırılır

Sarkisyanın səyləri qırılır


Yenə də həmin dalğa, həmin koordinat. Ermənistan tərəfi yenə də köhnə üsullara əl atıb. Cəbhədə gərginlik yaradır. Diqqət yayındırır. Ermənistan rəhbərliyi adətən bu tip təxribatları nə vaxt yaradır, ölkədaxili problemləri olanda.

Gəlin baxaq, Ermənistan daxilində nələr baş verir? İrəvanda Sarkisyan əleyhinə etirazlar baş qaldırıb. “Sarkisyan Qarabağı təhvil verir”, “Güzəştə gedilməməlidir” tipli şüarlar səsləndirilir, prezidentə istefa çağırışları edilir. İndi Serj təxribatları ilə təmas nöqtəsində göstərmək istəyir ki, yox o güzəştə getmir, o vuruşur, üstəlik “Bloomberg”ə müsahibə verir, danışıqlardan, rus sülhməramlılarının Qarabağda yerləşdirilməsindən imtina etdiyini açıqlayır.

Aprelin əvvələrində ordunun uğursuzluqları erməni əhalisinin böyük narahatlığına səbəb olub. Əsgərlər, valideynlər israr edirlər ki, bizim silah-sursatla təchizatımız yetərində olsaydı, itkilərimiz bu qədər çox olmazdı. Odur ki, Sarksyan Müdafiə Nazirliyi sistemində təcili islahat apardı. Silah-sursata, maddi-texniki təchizata cavbdeh 3 generalı işdən qovdu. Özü də bu generallar prezidentə yaxın şəxslərdir. Bununla o, hətta yaxınlarına belə güzəştə getmədiyini göstərməyə çalışır.

Erməni mətbuatı istisna etmir ki, MN-də aparılan yoxlamalar, nazir Seyran Ohanyanın da tutduğu postdan getməsini tezləşdirir. Lakin ən böyük qorxu Sarkisyandadır, hadisələrin gedişatı bunu belə göstərir. Müxalifət də fəallaşıb, eks xarici işlər naziri Vardan Oskanyan yeni partiya yaradır. Oskanyan Koçaryanın adamı kimi tanınır. O Rusiyadan Ermənistana geri qayıdıb və açıq elan edib ki, Sarkisyana dəstək vermək niyyətində deyil.

Ermənistanın hərbi rejimi xaricdən də dəstək almır. Qərbin Ermənistan münasibəti Rusiyaya olan münasibəti ilə eynidir. Uydurma soyqırımda Sarkisyanın yanında Hollivud ulduzu oturmuşdu, bütün baş verənlər Sarkisyanın reytinqini aşağı salıb, odur ki, diqqəti yönəldib cəbhəyə.

Keçmiş xüsusi xidmət orqanı əməkdaşı Mirsaleh Axundov bildirir ki, Sarkisyanın bütün səyləri öz reytinqini qaldırmağa yönəlib: “O reytinqini qaldırmaq üçün cəhdlər göstərəcək. Bu döyüş hazırlığıdır. Mövqelərin geri qaytarılmasına cəhdlər də bu adamın öz reytinqini qaldırmağa tuşlanıb.”

Sarkisyanın, Lavrov heç bir yeni təklif gətirməmişdi - ifadəsi də səbəbsiz deyil. Rusiya XİN rəsmisi Mariya Zaxarova da demişdi ki, Lavrov hara gedirsə əlboş getmir. Mirsaleh Axundov hesab edir ki, Lavrovun təkliflərini Petrosyan prezident olarkən, vaxtilə razılaşdırmışdı. Sarkisyan ona görə qorxur ki, şərtləri qəbul etsə, o yaşatdığı kimi, ona da Petrosyana aqibətini yaşadacaqlar.

Hakimiyyəti əldə saxlamaq üçün Ermənistan nəinki cəbhədə, öz daxilində də öz xalqına qarşı qan tökməyə həmişə hazır olub. Qarabağ münaqişəsinin həlli ilə bağlı irələyiş olanda, ilk əvvəl Ter Petrosyanın hakimiyyəti dövründə Sarksyan-Koçaryan tandemi güc yolu ilə hakimiyyəti devirdilər, eyni ssenari 99-cu ildə də təkrarlandı. Ermənistan parlamentində gülləbaran təşkil edilməklə Qarabağ klanı yenidən hakimiyyətini möhkmələndirə bildi. 2008-ci ildə mitinqə toplaşan xalqa atəş açdı, Sairkisyan bu dəfə də avtobus partlatmaqla diqqət yayındırır. Gözlənilir ki, qarşıdakı aylarda da Ermənistan təmas xəttində təxribatlar törətməkdə davam edəcək. Biz buna hazır olmalıyıq.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *