Ermənilərin son aktivliyi nəyə hesablanıb? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Ermənilərin son aktivliyi nəyə hesablanıb? – ŞƏRH

Ermənilərin son aktivliyi nəyə hesablanıb?


Onlar görüntü yaratmaq istəyir ki, Azərbaycan Ordusunun zərbələrinə məruz qalıblar.

Bunu Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov bu gün cəbhədə ermənilərin yenidən aktivləşməsini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun başladığı bir vaxtda ermənilərin təxribata başlaması təsadüfi deyil:

“Aprelin əvvəlində Ermənistan ordusu hərbi məğlubiyyətə uğrayaraq böyük itkilər verdi. Bu hadisədən sonra görünür, özlərinə bəraət qazandırmaq istəyirlər. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun bu gün rəsmi açılış mərasimi keçirildi. Digər tərəfdən belə bir şəraitdə diqqəti özlərinə çəkməyə çalışırlar. Onların məqsədi budur ki, Azərbaycanı işğalçı və təxribatçı dövlət kimi dünyaya sırısınlar. Yeganə məqsəd budur. Bu yolla Onlar görüntü yaratmaq istəyir ki, Azərbaycan Ordusunun zərbələrinə məruz qalıblar”.

Politoloqun sözlərinə görə, dünyanın diqqətinin Bakıda olduğu bir vaxtda düşmən dövlətin bu siyasəti fayda verməyəcək:

“Ancaq bu yolla kimisə aldatmaq mümkün olmayacaq. Ortada BMT və digər beynəlxalq təşkilatların qətnaməsi var. Düşmən beynəlxalq forumdan istifadə edərək belə iyrənc yola əl atsa da, faydasızdır”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *