Bakıda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu işə başladı
Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə başlayıb.
Oxu.Az-ın məlumatına görə, forumda Türkmənistanın baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredovun, Bruney-Darüssalam Dövlətinin xarici işlər naziri Jok Seng Limin, Mərakeşin Dini Yardım və İslam İşləri naziri Əhməd Toufiqin, Birləşmiş Ərəb Əmirliyinin Tolerantlıq naziri Şeyxa Lubna Əl-Qassiminin və xarici işlər naziri Jasem Əl-Əlinin, İsveçin təhsil naziri Gustav Fridolinin, Bəhreyn Krallığının Şura Məclisi və Nümayəndələr şurasının naziri Ganim Bin Fadhil Əl-Buaynaynın, Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirin, Sierra Leonun xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohamad Sesayın habelə digər ölkələrin hökumət və dövlət nümayəndələrinin iştirakı gözlənilir.
“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.
Mənbə:> Oxu.Az